Hindistan rus neftinin tədarükünü yenidən bərpa etdi
 
                                            Hindistan rus neftinin alınmasını yenidən davam etdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət şirkəti Indian Oil Corp sanksiyalara məruz qalmayan təchizatçılardan dekabr ayında çatdırılmaq üçün beş partiya xam neft alıb.
Şirkətdən bildirilib ki, alış həcmləri sanksiya tələblərinə uyğun olduğu halda tədarüklər davam etdiriləcək.
Qeyd edək ki, Indian Oil Corp daha əvvəl ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalardan sonra “Rosneft” və “Lukoil”un törəmə şirkətlərindən gələn yeddi–səkkiz partiyanın tədarükünü ləğv etmişdi.
Fidan Quliyeva
15:09 31.10.2025
Oxunuş sayı: 1204
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        