Niderlandlılar Slovakiyaya qarşı sərt tədbirlər tətbiq etməyi təklif edib
 
                                            Slovakiyada konstitusiyaya edilən dəyişikliklər səbəbindən ölkə Avropa İttifaqının ən sərt sanksiyalarından biri ilə üzləşə bilər.
Crossmedia.az xəbər verir ki, məlumata görə, niderlandlılar Avropa İttifaqı müqaviləsinin 7-ci maddəsinin tətbiqini təklif edib ki, bu da Slovakiyanın səsvermə hüququndan məhrum edilməsinə imkan verir. Dəyişikliklər yalnız iki cinsi tanımaq, surroqat analıq və uşaq övladlığa qəbulunu yalnız heteroseksual cütlüklərə icazə vermək kimi məqamları əhatə edir.
Bratislava bu addımı ənənəvi dəyərlərin və ailənin qorunması kimi izah edir, lakin Haaqa və Brüsseldə bunu LGBT+ hüquqlarının və Avropa İttifaqı prinsiplərinin pozulması kimi qiymətləndirirlər.
Müşahidəçilər paradoksal məqam kimi qeyd edirlər ki, sanksiya təşəbbüsünü irəli sürən Niderlandda doğum səviyyəsi Slovakiyadan belə aşağıdır. Hadisə Avropa İttifaqı daxilində “Avropa dəyərləri”nin nə olduğu barədə mübahisənin simvoluna çevrilib.
Türkan Kərimli
14:19 31.10.2025
Oxunuş sayı: 1602
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        