Tramp Baydeni “daxildən və xaricdən iyrənc” adlandırıb
 
                                            ABŞ Prezidenti Donald Tramp eks-prezident Co Bayden haqqında sərt açıqlama verib. O, Baydeni “cinayətkar, alçaq və həm daxildən, həm də xaricdən iyrənc biri” adlandırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Bayden həbsxanada olmalıdır. Mən onu ağır şəkildə məğlub etmişəm və indi onun əzab çəkməsinə baxmaqdan zövq alıram”, – Tramp öz sosial şəbəkəsində yazıb.
Trampın paylaşımı, Bayden dövründə onun barəsində Kapitoli binasına hücumla bağlı başlanmış istintaqın əsassız sayılması barədə xəbərlərə reaksiyası olub.
Mehriban İbrahimli
11:50 31.10.2025
Oxunuş sayı: 1542
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        