Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayacaq
 
                                            Ukrayna və Azərbaycan üç ay ərzində səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalamağı planlaşdırır.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko 27-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi ("Medinex 2025") çərçivəsində keçirilən "İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları" adlı sessiyada bildirib.
"Üç ay sonra bu gün aparılan danışıqların nəticələri üzrə tərtib edilmiş yol xəritəsini, bir ildən sonra isə artıq həyata keçirilmiş razılaşmaların nəticələrini görmək istəyirik", - nazir qeyd edib.
Lyaşko tərəflər arasında fəal əməkdaşlığın vacibliyini vurğulayıb və əldə edilmiş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinə çağırıb.
11:25 31.10.2025
Oxunuş sayı: 1557
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        