AP: Tramp illik qaçqın qəbulu limitini 7 500-ə endirib
 
                                            ABŞ Prezidenti Donald Tramp qaçqın qəbulu limitini 2025-ci ildəki 125 000-dən 2026-cı ildə 7 500-ə endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu, Ağ Evin Federal Reyestrdə dərc etdiyi prezident memorandumunda öz əksini tapıb.
Sənədlərə görə, 2026-cı maliyyə ilində ABŞ-yə 7500-ə qədər qaçqının qəbul edilməsi "humanitar mülahizələrə görə və ya milli maraqlara uyğun" hesab edilir.
Kvotanın əsas hissəsinin Cənubi Afrikadan olanlara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyin qurbanı kimi tanınan digər şəxslərə ayrılacağı bildirilir.
23:27 30.10.2025
Oxunuş sayı: 1353
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        