Aİ Ermənistanın Metsamor AES-də təhlükəsizlik tədbirlərinə 5 milyon avro ayırıb
Ermənistan Avropa İttifaqından (Aİ) 5 milyon avro məbləğində maliyyə dəstəyi alacaq. Vəsait ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və Metsamor Atom Elektrik Stansiyasında qəza risklərinin azaldılması məqsədilə ayrılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Aİ-nin dəstəyi çərçivəsində stansiyada təhlükəsizlik sistemlərinin yenilənməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırma işləri həyata keçiriləcək.
Ekspertlər bildirirlər ki, köhnəlmiş texnologiyalar və təhlükəsizlik qaydalarının pozulması səbəbindən Metsamor AES region üçün potensial təhlükə yaradır. Aİ Ermənistanın Metsamor AES-də təhlükəsizlik tədbirlərinə 5 milyon avro ayırdı.
Türkan Kərimli
20:37 30.10.2025
Oxunuş sayı: 1248