Aİ ağır texnika üçün yeni nəqliyyat planı hazırlayır
Avropa İttifaqı hərbi münaqişə halında ağır texnikanın qitədə sürətlə yenidən yerləşdirilməsi üçün ortaq nəqliyyat hovuzu yaradılması planı üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu təşəbbüs Financial Times qəzetinin məlumatına əsasən yük maşınları, dəmir yolu platformaları, bərə və digər nəqliyyat vasitələrinin ortaq istifadəsini nəzərdə tutur.
Planın məqsədi hərbi logistikanı sürətləndirmək və üzv ölkələr arasında koordinasiyanı yaxşılaşdırmaqdır.
Səriyyə Tağıyeva
19:48 30.10.2025
Oxunuş sayı: 1710