Ərdoğan Almaniyaya çağırış etdi: Qəzzada 60 min insan öldürülüb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri ilə görüş zamanı onun fikirlərilə razılaşmadığını bildirib.
O, Qəzzada baş verən insidentlərə toxunub.
Ərdoğan qeyd edib ki, təxminən 60 min uşaq və yaşlı insan həyatını itirib: "HƏMAS-ın bombaları və ya nüvə silahları yoxdur. İsrail isə bunların hamısına malikdir və bu silahlardan, xüsusən də Qəzzaya zərbələr endirərkən istifadə edib".
Crossmedia.az bildirir ki, Ərdoğan Almaniyaya müraciət edərək soruşub: "Almaniya olaraq, bunu görmürsünüzmü?"
19:23 30.10.2025
Oxunuş sayı: 1748