Hollandiyada seçkilərdə gənc siyasətçi Rob Jettenin partiyası önə çıxır
Hollandiyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, 38 yaşlı Rob Jettenin rəhbərlik etdiyi Demokratlar 66 (D66) partiyası Nümayəndələr Palatasında 27 yer qazanaraq lider mövqeyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Geert Wildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) 12 yer itirərək 25 yer uğrunda mübarizə aparır.
İlkin nəticələrə görə, Jettenin koalisiya hökuməti qurmaq ehtimalı yüksəkdir və bu, onu Niderlandın ən gənc baş naziri edə bilər.
Səriyyə Tağıyeva
19:16 30.10.2025
Oxunuş sayı: 1134