Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllə ərazisində yerləşən D=108 mm-lik qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.
10:16 07.10.2025
Oxunuş sayı: 978