Almaniyanın Patriot sistemlərini Ukraynaya təhvil verəcəyi tarix açıqlanıb

Almaniya Ukraynaya iki ədəd Patriot hava hücumundan müdafiə sistemi verəcək. Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius rəsmi açıqlama verib.
Nazirin sözlərinə görə, sistemlərin təhvili 2025-ci ilin sonunadək baş tutacaq. Bu addım Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirməyə yönəlib.
Qeyd edək ki, Almaniya daha əvvəl də Ukraynaya bir neçə hərbi texnika və müdafiə sistemi təqdim edib. Berlin Kiyevə dəstəyini davam etdirmək niyyətindədir.
15:27 29.09.2025
Oxunuş sayı: 2739