Zelenski: Qazaxıstan və digər ölkələr üçün risklər mövcuddur
Avropada hava məkanının pozulması artıq ayrı-ayrı insidentlər deyil, bütün Avropa üçün təhlükə yaradan ciddi bir tendensiyaya çevrilib. Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Rusiya məqsədyönlü şəkildə müttəfiqləri parçalamağa çalışır, lakin yalnız ortaq və birgə mövqe bu aqressiyanı dayandıra bilər.
"Risklər təkcə Avropa ilə məhdudlaşmır – keçmiş SSRİ ölkələri də təhdid altındadır. Moldova Avropa yolunu seçsə də, təhlükə hələ də qalır. Eyni risk Qazaxıstan və regionun digər dövlətləri üçün də keçərlidir," – deyə Ukrayna Prezidenti vurğulayıb.
Səriyyə Tağıyeva
14:58 29.09.2025
Oxunuş sayı: 2646