Ukrayna Bryansk vilayətindəki zavodu raketlə vurdu

Ukrayna Baş Qərargahı bildirib ki, Silahlı Qüvvələr Rusiyanın ərazisinə 240 km-dən uzun məsafəyə raket zərbəsi endirib. Ukrayna tərəfinin məlumatına görə, hədəf Karachev şəhərində yerləşən “Elektrodetal” zavodu olub.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ümumilikdə dörd raket buraxılıb və nəticədə obyektin ərazisində partlayışlar və yanğın baş verib.
Fatimə Məmmədova
14:04 29.09.2025
Oxunuş sayı: 2598