Azərbaycanda kərpic istehsalı 9 %-dən çox artıb

Bu ilin ilk 8 ayında Azərbaycanda 439,5 min kubmetr tikinti kərpici istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.
Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, ölkədə 10,1 min kubmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.
11:57 27.09.2025
Oxunuş sayı: 1232