Azərbaycanlı deputat Türkiyəyə səfər edəcək

Milli Məclisin deputatı Vasif Qafarov sentyabrın 29-da Türkiyənin Kahramanmaraş şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Qeyd olunub ki, deputat Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə sentyabrın 30-da Sütçü İmam Universitetində keçiriləcək 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.
Səfər oktyabrın 1-də başa çatacaq.
18:38 26.09.2025
Oxunuş sayı: 1010