Suriya Prezidenti: İsraildən qorxuruq, problem yaradan biz deyilik

Dəməşq İsrail üçün təhlükə mənbəyi deyil. Əksinə, Suriya İsraildən ehtiyat edir, lakin Təl-Əviv danışıqlarda ləngiyir və ölkənin hava məkanını pozmaqda davam edir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Əhməd əş-Şəraa bildirib.
“Əslində biz İsraildən qorxuruq, onlar bizdən yox. İsrail danışıqlarda ləngiyir, hava məkanımızı pozur və ərazilərimizə daxil olur. Suriyanın bölünməsinə yönələn hər bir ritorika həm İraqa, həm də Türkiyəyə zərər vurur və bu, hamımızı yenidən əvvələ qaytarır”, - o qeyd edib.
Suriya lideri daha əvvəl bəyan etmişdi ki, ölkə bərpa prosesindədir və bütün dövlətlərlə normal münasibətlər qurmağa çalışır.
Prezident həmçinin İsrailin Suriyaya hücumlarının məqsədlərinə dair sual qaldırıb:
“Əsas sual budur – İsrail həqiqətən təhlükəsizliklə bağlı narahatlığa görəmi hücum edir, yoxsa ekspansionist niyyətləri var? Bunu danışıqlar ortaya çıxaracaq”.
Nihat Tahirov
10:40 24.09.2025
Oxunuş sayı: 3486