ABŞ Konqresi İsrailin ABŞ silah anbarlarına çıxışını 2029-cu ilə qədər uzatdı

ABŞ Konqresi İsrailə amerikalıların silah anbarlarından istifadə hüququnu 2029-cu ilə qədər uzadıb.
Crossmedia.az xəbər verir ki, Təl-Əvivə raketdən müdafiə proqramı çərçivəsində 650 milyon dollardan çox maliyyə ayrılacaq. Bu qərar Milli Müdafiə Qanununun tərkib hissəsidir və sənəd ümumilikdə İsrailə 895 milyard dollar həcmində dəstək nəzərdə tutur.
18:05 14.09.2025
Oxunuş sayı: 711