NYT: ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək

The New York Times yazır ki, ABŞ administrasiyası Rusiyaya yeni sanksiyalar qoymaqdan imtina edib. Səbəb isə Donald Trampın irəli sürdüyü, lakin yerinə yetirilməsi mümkünsüz hesab olunan tələblərdir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO ölkələrinin əksəriyyəti Rusiya enerji idxalını azaldıb, lakin Macarıstan və Türkiyə Moskva ilə əməkdaşlığı davam etdirərək enerji resursları alır. Bəzi dövlətlər isə hələ də Rusiya qazından asılı vəziyyətdədir.
17:35 14.09.2025
Oxunuş sayı: 775