Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Hayber Paxtunxva əyalətində baş verən terror hücumu ilə bağlı yazılı açıqlama yayıb.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir.
Nazirliyin bəyanatında qeyd olunub:
"Pakistanın Hayber Paxtunxva əyalətində bu gün baş verən terror hücumunda yaşanan insan itkilərindən dərin kədər duyuruq. Bu mənfur terror hücumunu ən qəti şəkildə pisləyir, şəhidlərə Allahdan rəhmət diləyirik."
Türkiyə tərəfi həmçinin Pakistan xalqına və hökumətinə başsağlığı verib.
18:12 13.09.2025
Oxunuş sayı: 628