Trampından NATO-ya şərt: NATO ölkələri Rusiyadan neft almağı dayandırmalıdır

Tramp bütün NATO ölkələrinə məktub yazıb və Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Amma bir şərt var - NATO ölkələri Rusiyadan neft almağı dayandırmalıdır.
Crossmedia.az-ın məlumatına görə, Tramp deyib ki, NATO dediyi kimi etsə, müharibə tez bitəcək.
Hər halda, siz hazır olanda "başlamağa" hazıram. Sadəcə deyin - nə vaxt?", - ABŞ prezidenti sosial şəbəkədə yazıb.
"Əgər bütün NATO ölkələri Çinə 50-100% tariflər tətbiq edərsə bu, Ukrayna münaqişəsinin sona çatmasında böyük rol oynayacaq.
Bu tədbirlər hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra aradan qaldırılacaq".
15:52 13.09.2025
Oxunuş sayı: 671