TƏBİB : Hazırda Sərdar Fərəcovun vəziyyəti ağır olaraq qiymətləndirilir -AÇIQLAMA
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti ağır olaraq qiymətləndirilir.
TƏBİB Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, Xalq artisti Sərdar Fərəcov 6 senstyabr tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda huşu aydın, hemodinamik göstəriciləri stabildir-deyə qurumdan bildirilib.
Elmir Heydərli
12:49 08.09.2025
Oxunuş sayı: 6005