Ukrayna ABŞ-də Rusiya ilə bağlı danışıqlar aparacaq
Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün cümə və şənbə günləri ABŞ-yə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Çerniqov vilayətinin Priluki şəhərinə səfəri zamanı bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb.
O, bir tərəfdən Rusiya ilə gələcək iqtisadi layihələri müzakirə edib, digər tərəfdən isə diplomatik dalana düşdüklərini bəyan etməyin mümkün olmadığını bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna və Rusiya arasında danışıqlar prosesində irəliləyiş əldə olunması üçün təzyiq artırılmalıdır.
19:55 08.10.2026
Oxunuş sayı: 54