Neft-qaz

SOCAR Qvineya-Bisau ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qvineya-Bisau Respublikası ilə “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırır. Bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Şirkət rəhbəri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qvineya-Bisau Respublikasının ətraf mühit naziri Viriato Kassami ilə görüşü olub: “Görüş zamanı “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırdıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”.

 

15:55 11.11.2024

Oxunuş sayı: 5630

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR