Rusiyada şimali koreyalıları qul kimi saxlayırlar

Şimali Koreyadan (KXDR) olan altı fəhlə Rusiyadakı tikinti obyektlərindən qaçaraq BBC-yə qul əməyinə bənzər iş şəraiti barədə danışıb: səhər saat 6-da oyanış, gecə saat 2-yə qədər iş, ildə cəmi iki istirahət günü.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onların sözlərinə görə, həmkarları onları “qullar” və “danışmağı bacaran maşınlar” adlandırırdılar.
Maaşlarının böyük hissəsini dövlət alır, qalan 100–200 ABŞ dolları isə yalnız KXDR-ə qayıtdıqdan sonra verilir ki, heç kim qaçmasın.
Professor Andrey Lankov izah edib ki, kəskin işçi qüvvəsi çatışmazlığı fonunda Moskva şimali koreyalıları “ideal həll yolu” hesab edir.
Pərvin Hacıyeva
01:00 15.08.2025
Oxunuş sayı: 729