Azərbaycanın bu addımı Kremli qorxuya salıb - Rusiyadakı türk xalqları ayağa qalxır

Kreml Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsinə görə gərginlik yaşayır. Analitiklər hesab edir ki, məsələ pulla və ya Kiyevlə bağlı deyil – Moskva qorxur ki, Bakının bu addımı digər post-sovet respublikaları da təkrarlaya bilər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər vurğulayırlar ki, Azərbaycanın nümunəsi Rusiyanın daxilindəki xalqlara da siqnal ola bilər. Rusiyanın müxtəlif millətlərdən, respublikalardan və muxtariyyətlərdən ibarət olduğu nəzərə alınsa, hər bir xalqın öz ad, dil və azadlıq hüququ olduğunu xatırlaması kifayətdir.
Analitiklərin fikrincə, oyanmağa hazır bölgələr arasında Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan, İnquşetiya, Yakutiya, Kalmiqiya, Buryatiya, Kareliya və Komi var. Onlar iqtisadi potensial, milli qürur və Moskva ilə gərgin tarix səbəbindən xüsusi həssaslığa malikdirlər.
Kreml illərdir “Ruslardan başqa heç kim Rusiya torpaqlarında özünü evində hiss etməməlidir” prinsipi ilə fəaliyyət göstərir. Lakin ekspertlər qeyd edir ki, Azərbaycanın bu addımı imperiyanın daxilində qeyri-müəyyən vəziyyət yarada bilər.
Pərvin Hacıyeva
12:36 14.08.2025
Oxunuş sayı: 694