Maya Sandu Azərbaycan və Ermənistan arasında imzalanan sazişin əhəmiyyətindən bəhs edib

Ermənistan və Azərbaycan arasında imzalanan saziş illərlə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində mühüm mərhələdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistanın Baş naziri Nikol Paşinyana, həmçinin ABŞ Prezidenti Donald Trampa regionda sülh, barışıq və daha çox rifaha gedən yolun açılmasına kömək etdiyinə görə təbriklərini çatdırıb.
13:37 09.08.2025
Oxunuş sayı: 2767