Dünya rahat nəfəs ala bilər: "Münaqişə ocaqlarından biri aradan qalxdı"

Avqustun səkkkizində ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesi, Azərbaycan -ABŞ əməkdaşlığı ilə bağlı mühüm qərarlar qəbul edildi. Günün əhəmiyyəti ilə bağlı prezident İlham Əliyev qeyd edib: “Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətlidir”.
8 avqustun mahiyyəti və tarixi əhəmiyyəti barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında bildirib:
“8 avqust 2025-ci il tarixi bir gün oldu, çünki uzun müddətdir davam edən Azərbaycan-Ermənistan gərginliyinə son qoyuldu, sülh müqaviləsinin imzalanması üçün ciddi addım atıldı və Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar qəbul edildi. Həmçinin ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq bərpa olundu. Bütün bunlar Azərbaycanın diplomatik uğurudur. Dünya Azərbaycan həqiqətlərini qəbul edir. Bu, cənab Prezident İlham Əliyevin apardığı siyasətin müsbət nəticəsidir. Bu gün təkcə Cənubi Qafqaz deyil, bütün dünya ölkələri münaqişə ocaqlarından birinin aradan qalxdığı üçün rahat nəfəs ala bilir”.
Ayhan
13:03 09.08.2025
Oxunuş sayı: 2989