Vaşinqtonda Əliyev və Tramp arasında səmimi söhbət

8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar. Sənədin məqsədi Azərbaycan–ABŞ Strateji tərəfdaşlıq Xartiyasının hazırlanmasıdır.
Crossmedia.az xəbər verir ki, sənədin imzalanmasından sonra dövlət başçıları arasında səmimi söhbət olub.
Prezident İlham Əliyev:
– 33 il davam edən sanksiyaların sonu. Bu, Prezident Tramp sayəsində mümkün oldu.
Prezident Donald Tramp:
– Sizin böyük xalqınız var. Bizim şəxsi tanışlığımızdan əvvəl Siz mənim haqqımda gözəl sözlər demisiniz. Hətta seçkilərdə qələbəmizdən əvvəl.
Prezident İlham Əliyev:
– Bəli, Sizin qalib gəlməyinizdən əvvəl. Bu, mənim səmimi sözlərim idi. Siz prezidentliyinizin ilk müddətində etdiklərinizlə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiyaya, Afrikaya və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. Bu, inanılmazdır.
Prezident Donald Tramp:
– Pakistan və Hindistan arasındakı qarşıdurma. Bu, çox ciddi məsələ idi, çünki hər iki ölkənin nüvə silahı var idi.
Prezident İlham Əliyev:
– Kamboca və Tayland.
Prezident Donald Tramp:
– Bəli, biz böyük işlər gördük. Siz də bunu edərdiniz. Sizin münaqişəniz də ciddi məsələdir. O nə qədər davam etdi – 33 il, 35 il?
Prezident İlham Əliyev:
– Bəli, münaqişə 1988-ci ildə başladı. Lakin hərbi qarşıdurmanın aktiv fazası 1991–1992-ci illərdə başladı.
Prezident Donald Tramp:
– Amma münaqişə həll olunmadı.
Prezident İlham Əliyev:
– Xeyr. Müharibə 1994-cü ildə dayandırıldı və mənasız, sonsuz danışıqlar dövrü başladı.
Prezident Donald Tramp:
– Bu, çox ciddi məsələdir.
Prezident İlham Əliyev:
– Əlbəttə, Siz möcüzə yaratdınız.
Prezident Donald Tramp:
– Amma mətbuat bunu heç vaxt eşitmək istəmir.
Prezident İlham Əliyev:
– Azərbaycan mətbuatı bunu işıqlandıracaq.
Prezident Donald Tramp:
– Siz böyük lidersiniz.
Prezident İlham Əliyev:
– Böyük lider yanımda oturub.
Prezident Donald Tramp:
– Sizin üçün bir hədiyyəm var. İcazə verin təqdim edim. Düşünürəm ki, xoşunuza gələcək.
Prezident İlham Əliyev:
– Mənim doqquz nəvəm var. Əgər icazə versəniz, hamısını götürərdim.
Prezident Donald Tramp:
– Sizin 9 nəvəniz var? Mənə daha çox sikkə gətirin. Siz danışıqları mükəmməl aparırsınız. Bu sikkələri hamı sevir. Bu, dünyanın ən yaxşı sikkəsidir. Ola bilsin, dünyanın ən bahalı sikkəsidir. Qoy, nümayəndə heyətinin üzvləri yaxınlaşıb Sizin şəkilinizi çəksinlər.
Daha sonra Prezident Donald Tramp, Prezident İlham Əliyevə Ağ Evin simvolik açarlarını təqdim edərək bildirdi :
– Sizin üçün daha bir hədiyyəm var. Bu, Ağ Evin simvolik açarlarıdır. Mən onları nadir hallarda təqdim edirəm.
Pərvin Hacıyeva
09:40 09.08.2025
Oxunuş sayı: 1095