Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur

Ermənistan və Azərbaycan ikitərəfli
münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur.
Crossmedia.az xəbər verir ki, bunu
Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham
Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə birgə mətbuata bəyanatında deyib.
“Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu
mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, - deyə
Ermənistanın Baş naziri vurğulayıb.
00:48 09.08.2025
Oxunuş sayı: 916