Tramp: " Çinlə razılaşmaya çox yaxınıq, görüş ilin sonunadək baş tuta bilər"

ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətlərə dair açıqlama verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, iki ölkə arasında əlaqələr yaxşıdır və mümkün razılaşma fonunda ilin sonunadək Çin Sədri Si Cinpinlə görüş keçirə bilər: “Bizim münasibətlərimiz çox yaxşıdır... Amma görüşü çağıran mən deyildim, bunu o (Si Cinpin) etdi. Yəqin ki, ilin sonunadək görüş keçirəcəyəm, əgər razılaşmaya nail olsaq ”.
Tramp əlavə edib ki, tərəflər razılaşmaya çox yaxınlaşmış vəziyyətdədirlər: “Biz Çinlə yaxşı yola gedirik. Çin Birləşmiş Ştatlardan çox asılıdır ”.
Pərvin Hacıyeva
16:14 06.08.2025
Oxunuş sayı: 864