Paşinyan ABŞ-yə səfər edəcək

Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib ki, Nikol Paşinyan 7–8 avqust tarixlərində ABŞ-a səfər edəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqton səfəri çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək və bu görüşdə Ermənistan ilə ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Həmçinin, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Pərvin Hacıyeva
11:54 06.08.2025
Oxunuş sayı: 613