İran rəsmisi Zəngəzur dəhlizi ilə bağlı Bakı və Ankaranı yenidən hədələdi

İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi məsələsinə münasibət bildirib və bu məsələ ilə bağlı Azərbaycan və Türkiyəyə növbəti dəfə sərt xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Əli Əkbər Vilayəti Cənubi Qafqazda baş verən proseslərlə bağlı açıqlamasında, İranın bölgədə öz maraqlarını qətiyyətlə qoruyacağını deyib. O qeyd edib ki, İran “uğursuz təcrübənin təkrarına” yol verməyəcək və bu cür cəhdlərə sərt cavab verəcək. Vilayəti əlavə edib ki, Tehran regionda sabitliyin pozulmasına imkan verməyəcək və istənilən təhlükəyə qarşı lazım olan addımı atacaq.
Qeyd edək ki, İran rəsmiləri son aylarda Zəngəzur dəhlizinə qarşı dəfələrlə etiraz bildiriblər və bu layihənin regionda geosiyasi tarazlığı poza biləcəyini iddia ediblər.
20:59 05.08.2025
Oxunuş sayı: 1141