Azərbaycan corğafi məhdudiyyətləri imkanlara çevirir

Dənizə çıxışı olmayan ölkənin statusuna baxmayaraq, Azərbaycanın nəqliyyat siyasəti və yeni müasir infrastrukturu coğrafi məhdudiyyətləri imkanlara çevirib.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
O qeyd edib ki, bu rolu təmin etmiş əsas nailiyyətlər arasında o 50-dən çox gəmidən ibarət olan Xəzər dənizinin ən iri ticarət donanmasını, həmçinin hal-hazırda 10 gəminin tikilməkdə olduğu gəmiqayırma zavodunu misal göstərib.
"Yaxın illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti 25 milyon tona çatdırılacaq. Bu infrastruktur bazasını Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi, doqquz beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti tamamlayır ki, bütün bunlar birlikdə Azərbaycanı əsas beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirir", - Baş nazir əlavə edib.
17:10 05.08.2025
Oxunuş sayı: 661