Google Maps artıq Zəngəzur dəhlizini göstərir

İstifadəçilər bildiriblər ki, Google Maps tətbiqində Bakıdan Naxçıvana olan marşrut artıq Ermənistan ərazisindən keçir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xəritəyə əsasən, bu yolun uzunluğu 552 kilometrdir və təxminən 8 saat 20 dəqiqə çəkir.
Dəhliz rəsmi olaraq hələ açılmasa da, onun xəritədə görünməsi maraq doğurur. Elə bil Google gələcəyi qabaqcadan görür və potensial marşrutu əvvəlcədən xəritəyə daxil edir.
17:11 04.08.2025
Oxunuş sayı: 915