Sabir Rüstəmxanlı : " Elçinlə 15-20 gün əvvəl danışmışdıq, demişdi ki..."

"Biz 15-20 gün əvvəl telefonla danışmışdıq. Onun tamaşasının ictimai baxışı olacaqdı. Dedim, orda görüşərik, söylədi ki, mən əsas primyeranı saxlamışam sentyabra, orada görüşərik."
Bunu Xalq yazıçısı Elçin Əfəndiyevlə keçirilən vida mərasimində Xalq yazıçısı , tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında deyib.
O qeyd edib ki, sentyabrda görüşəcəkdilər .:"Tamaşaya baxacağıq. Onun ruhu da orada olacaq. Amma özünü itirdik. Elçin yüksək mədəniyyətli, ləyaqətli insan idi. Ancaq nə deyə bilərik? Hamımız onunla təsəlli tapırıq ki, sənət, ədəbiyyat, söz ölməz. Kim ömrünü bu işə veribsə, o əbədi ömür qazanıb. Elçin də belə idi. Allah ona rəhmət eləsin".
Ayhan
13:47 04.08.2025
Oxunuş sayı: 971