Vaşinqtonda sülh anlaşması? – Bakı və İrəvan tarixi razılaşmaya hazırlaşır

Azərbaycan və Ermənistan artıq bu həftə Vaşinqtonda sülh sazişi bağlamaq niyyətində olduqlarını elan etməyə hazırdırlar.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ paytaxtında yaşayan jurnalist Aleks Raufoğlu bildirib.
Onun sözlərinə görə, cümə günü Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini qəbul etməyi planlaşdırır.
19 iyulda Donald Tramp bəyan edib ki, Bakı və İrəvan sülh ərəfəsindədir.
"Ermənistan, Azərbaycan – biz orada bir möcüzə yaratdıq və artıq məqsədə çox yaxınlaşmışıq,” – deyə Donald Tramp bildirib. O, əminliklə əlavə edib ki, sülh sazişinin imzalanması yaxın vaxtlarda baş tutacaq.
Pərvin Hacıyeva
12:22 04.08.2025
Oxunuş sayı: 818