İran ordunun imkanlarını gücləndirmək üçün yeni Müdafiə Şurası yaradır

İran İsraillə 12 günlük müharibədən sonra təhlükəsizlik tədbirlərini gücləndirib.
Crossmedia.az bildirir ki , bu barədə İran KİV məlumat yayıb.
Dövlət televiziyası xəbər verir ki, Ali Milli Təhlükəsizlik Şurası Milli Müdafiə Şurasının yaradılmasını təsdiqləyib .
Yeni orqana İran prezidenti Məsud Pezeşkian rəhbərlik edəcək. Şuranın tərkibinə yüksək rütbəli hərbi komandirlər, digər ali vəzifəli məmurlar və nazirlər daxil olacaq.
Yeni şura İran Silahlı Qüvvələrinin müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsi və döyüş qabiliyyətinin artırılması ilə məşğul olacaq.
Pərvin Hacıyeva
09:49 04.08.2025
Oxunuş sayı: 691