Hindistan Pakistana Rusiya istehsalı olan silahlarla hədə-qorxu gəlir

Hindistanın Baş naziri Narendra Modi, Pakistanla növbəti gərginlik halında BrahMos raketlərindən istifadə olunacağı ilə hədələyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən raketlər Rusiya-Hindistan birgə müəssisəsində istehsal olunur.
“Artıq BrahMos raketləri Laknau şəhərində istehsal ediləcək. Əgər Pakistan yenidən günaha batarsa, Uttar-Pradeşdə istehsal edilən raketlər terrorçuları məhv edəcək,” – deyə Modi bildirib.
Pərvin Hacıyeva
14:28 03.08.2025
Oxunuş sayı: 715