Nazir: Arif Babayev xalqın yaddaşında daim yaşayacaq

Arif Babayev xalqın yaddaşında daim yaşayacaq.
Crossmedia.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
“Səhər saatlarında aldığımız xəbər hər birimizi kədərləndirib. Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib. Azərbaycanın Birinci vitse Prezidenti Mehriban Əliyeva Arif Babayevin müalicəsini diqqətdə saxlayırdı. Tale elə gətirdi ki, o bu gün bizimlə vidalaşdı. Arif Babayev xalqımızın yaddaşında daim yaşayacaq”, - o deyib.
Nazir xarici ölkələrdən başsağlıqları aldıqlarını da əlavə edib: “Biz də bütün ictimaiyyətə başsağlığı veririk. Arif Babayevin xatirəsi daim yaşayacaq”. (Report)
13:00 01.08.2025
Oxunuş sayı: 918