Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi açıqlanıb

Bu il
iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici
borc) 10 milyard 837,9 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan
ümumi daxili məhsulun (ÜDM) 8,3 %-i qədər olub.
Crossmedia.az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata
görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 123,6 milyon manatı (5 milyard
366,8 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 714,3
milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat
tarixinə dövlət zəmanətli borc portfelinin 58,7 %-ni sabit, 41,3 %-ni dəyişkən
faiz dərəcəli borc təşkil edib.
Dövlət
zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 62,8 %, avro
– 18,9 %, manat – 12,4 %, yapon yeni – 4 %, digər valyutalar – 1,9 %.
Dövlət
zəmanətli borcun 72,7 %-i 5 ilə qədər olan müddətdə, 16,8 %-i 5 ildən 10 ilə qədər
olan müddətdə, 10,5 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara
qaytarılmalıdır.
10:09 01.08.2025
Oxunuş sayı: 974