Azərbaycan nefti ucuzlaşıb

Dünya
bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti
0,94 ABŞ dolları, yaxud 1,27 % azalaraq 72,7 ABŞ dolları təşkil edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların
nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 72,70
ABŞ dolları təşkil edib.
Türkiyənin
Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 1,02 ABŞ dolları və yaxud 1,4 % azalaraq 71,3 ABŞ dolları təşkil
edib.
Azərbaycanın
builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından
hesablanıb.
Xatırladaq
ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də
(15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ
dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
09:53 01.08.2025
Oxunuş sayı: 1181