ABŞ bu dəfə Çini təhdid etdi

ABŞ Çin rəsmilərini Rusiyadan sanksiyalar altında olan neftin idxalını davam etdirmələri halında yüksək gömrük rüsumlarının tətbiq ediləcəyi ilə bağlı rəsmi şəkildə xəbərdar edib.
Crossmedia.az xsrici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Stokholmda keçirilən iki günlük ABŞ-Çin ticarət danışıqlarının yekununda deyib.
Çin isə ABŞ-nin tələblərini qətiyyətlə rədd edərək, Rusiya neftinin alınmasını davam etdirəcəyini bildirib. Çin rəsmiləri qeyd ediblər ki, Çin suveren dövlətdir və öz enerji ehtiyaclarını daxili siyasətinə uyğun şəkildə müəyyən edir. Bu səbəbdən də neft idxalı ilə bağlı qərarlarını xarici təzyiqlərlə dəyişdirməyəcək.
S.Bessent məsələ ilə bağlı bildirib: “Çinlilər öz suverenliklərinə çox ciddi yanaşırlar. Onlar 100 faizlik gömrük rüsumu ödəməyi, kənardan onlara nə etməli olduqlarının diktə edilməsinə üstün tuturlar.”
Nicat Rüstəmzadə
15:03 30.07.2025
Oxunuş sayı: 921