ANAMA: Çətin relyefli ərazilərin minalardan təmizlənməsi əzmkarlığın, səbrin və peşəkarlığın göstəricisidir

Çətin relyefli ərazilərdə mina təmizləmək, yalnız texniki iş deyil, bu, əzmkarlığın, səbrin və peşəkarlığın göstəricisidir. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Qeyd olunub ki, minaaxtaranlar hər addımda təhlükəni yoxlayır, hər qarış torpağı səbir, ehtiyat və böyük diqqətlə təmizləyirlər. Onlar bunu sabaha bu yerlərdə yaşanacaq xoşbəxt və təhlükəsiz həyat üçün edirlər.
ANAMA əməkdaşları çətin relyefli ərazilərdə, peşəkarcasına və yüksək təhlükəsizlik tədbirlərinin tələblərinə uyğun olaraq mina və partlamamış hərbi sursatların aşkarlanması işlərini davam etdirirlər.
12:46 30.07.2025
Oxunuş sayı: 889