“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.
Nazirlikdən verilən məlumata görə, görüşlərdə qaliblərin peşəkar karyera məqsədləri və inkişaf planları müzakirə edilib, şəxsi və peşəkar inkişafla bağlı sualları cavablandırılıb. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.
İqtisadiyyat naziri qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
08:00 30.07.2025
Oxunuş sayı: 1058