Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35 kV-luq "Hirkan" hava xəttində təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 11:30-dək Gərmətük, Hirkan qəsəbələri, Bala Şürük, Daşdalıqcar, Kosalar, Mamusta, Siyavar və Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
06:25 22.07.2025
Oxunuş sayı: 740