Mətbuat-150: "Şərqi-rus" qəzeti

Məhəmməd ağa Şahtaxtlı “Şərqi-rus” qəzetinin əsasını Rusiyanın Mətbuat İşləri üzrə Baş İdarəsindən müvafiq icazəni aldıqdan və Tiflisdə “Məhəmməd ağa Şahtaxtlı mətbəəsi”ni açdıqdan sonra 30 mart 1903-cü ildə qoymuşdur.
İlk dövrlərdə həftədə 3 dəfə, sonradan isə gündəlik dövriliklə çap olunan bu ictimai-siyasi məzmunlu qəzetdə ana dili, əlifbanın yenilənməsi, qadın azadlığı, məktəblərdə tədrisin yaxşılaşdırılması ilə bağlı maraqlı məqalələr təqdim edilmişdir.
“Şərqi-rus” C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, M.S.Ordubadi kimi dövrün görkəmli ziyalılarını öz ətrafında toplamışdır. C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi ilk dəfə məhz bu qəzetdə nəşr olunmuşdur.
09:52 17.06.2025
Oxunuş sayı: 650