“Azərbaycan dövlətinə qarşı çıxmağa cəhd edənlər, qanun qarşısında cavab verməli olacaqlar” - DEPUTAT

Dövlət müstəqilliyimizi qəbul edə bilməyən bəzi separatçı və terrorçu qruplaşmalar, eləcə də xarici dairələr, zaman-zaman müxtəlif saxta yollarla ölkəmizin suverenliyinə və dövlətçiliyinə qəsd etməyə cəhd göstəriblər. 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirən qərəzli bəyanatlar verən, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirən Zahirəddin İbrahimov DTX tərəfindən Bakıya gətirilib. Mənfur düşmənimiz Ermənistan tərəfindən müstəqilliyimizə və ərazi bütövlüyümüzə yönəlmiş təxribatlar və təhdidlər hər zaman daha intensiv xarakter daşıyıb. Lakin dövlət təhlükəsizlik orqanlarımızın çevik və peşəkar fəaliyyəti sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alınıb. Bu, bir tərəfdən dövlətimizin gücünün, digər tərəfdən isə xalqımızın dövlətə olan etimad və dəstəyinin bariz nümunəsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında bildirib: “Respublikamızın Dövlət Təhlükəsizlik Xidməti adından da göründüyü kimi dövlətimizin təhlükəsizliyinin qulluğunda çox böyük məsuliyyətlə durur. Dövlətin təhlükəsizliyinn keşiyində durmaq, cəmiyyətin, insanların keşiyində durmaq deməkdir. Öz hərəkətləri ilə cəmiyyəti sarsıtmağa, dövlətə qarşı çıxmağa cəhd edənlər, mütləq qanun qarşısında cavab verməli olacaqlar. Bu işdə Azərbaycan DTX-nin böyük rolu var və onun cəmiyyətdə böyük nüfuzu var. DTX-nin son əməliyyatı da göstərir ki, Azərbaycan dövlətçiliyinə qarşı pis fikrə düşənlər mütləq məhkəmə qarşısında cavab verəcək və cəzasını çəkəcək. Bundan sonar da belə fikirə düşənlər, əməllərlə məşğul olanlar sərt şəkildə cəzalandırılacaqlar”.
Ayhan Ağarzayev
13:20 26.05.2025
Oxunuş sayı: 2326