Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib


Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi və nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
08:47 25.05.2025
Oxunuş sayı: 649