Paşinyan "Avropa Siyasi Birliyi" sammitinin ölkəmizdə keçirilməsini alqışlayıb

Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır.
Crossmedia.az bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində yazıb.
"Mən “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.
18:45 23.05.2025
Oxunuş sayı: 985