Milli məclisin yaz sessiyası üzrə son plenar iclasının tarixi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası mayın 30-da keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib.
O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
13:14 23.05.2025
Oxunuş sayı: 593